Əsrlər əvvəl Xəlifə Ömərin adına qaya üzərində yazılmış bir kitabə

0

Xəlifə Ömər ibn əl-Xəttabın (r.a) belə bir qaya kitabəsinin tapılması ilk dəfədir.

Səudiyyə Ərəbistanı İrs İdarəsi Mədinənin əl-Mehd (Mədən) bölgəsində Xəlifə əl-Faruq Ömər ibn əl-Xəttabın İslam kitabələrinin və Səmud kitabələrinin tapıldığını açıqladı. Lakin bu kitabələr 2021-ci ildə tapılıb.

Tədqiqatçı-yazar Müfid Yüksel, Xəlifə Ömərə (r.a) məxsus bu qaya kitabəsinin 2021-ci ilin fevral ayında Mədinədə Ustad-Epiqraf Əbu Əbdillah Məhəmməd Əl-Muğazzevi tərəfindən kəşf edildiyini və paylaşıldığını və bu barədə özünün də yazdığını xatırlatdı. Kitabədə deyilir:

“Allah bu dünyada və axirətdə Ömər ibn əl-Xəttabın qoruyucusudur. Allahdan başqa ilah yoxdur.”

Yüksel həmçinin Hz. Ömər ibn əl-Xəttaba (r.a)  məxsus belə bir qaya kitabəsi ilə ilk dəfə qarşılaşdıqlarını bildirb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hindistanlı milyonçu oğlunu İslamı qəbul etdiyinə görə polisə şikayət etdi

Hindistanlı milyonçu əczaçılıq maqnatı Devraj Malik oğlu Ayuş Malikin İslamı qəbul etdiyinə görə polisə şikayət etdi. Devraj Malik iddia etdi...

Bağla