FRANSADA HÖKUMƏT MÜSƏLMANLARA AİD NƏŞRİYYATI BAĞLAYIR

0

Fransada müsəlmanlara aid nəşriyyat “qərb dəyərlərinə zid olmaq və separatçılıq” ittihamı ilə bağlanacaq.

Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin social şəbəkədəki  şəxsi səhifəsində məlumat yayıb.

“İslamçı nəşriyyat “Nava”nın xüsusilə cihadı leqal göstərən bəzi əsərləri səbəbilə fəaliyyətinin dayandırlması prosesini başlatdım.” – deyə nazir paylaşımında bildirib.

Daxili işlər naziri nəşriyyata aid əmlakın müsadirə edilməsi və nəşriyyat rəhbərliyinin saxlanılması üçün müvafiq addımların atıldığını qeyd edib.

Yerli “Le Figaro” qəzeti də, “beynəlmiləl dəyərlərə qarşı, separatçı və qərb dəyərlərinə zid” yol izlədiyi üçün “Nava” nəşriyyatın bağlanacağını yazıb.  

Fransa İçişleri Bakanı Gerald Darmanin, Batı değerlerine aykırı ve ayrılıkçı yayın çizgisi gerekçesiyle Ariege ilinde bulunan Nawa adlı yayınevini kapatmak için harekete geçti.

Nazir Darmanin, “Nava Şərq Əməkdaşlığı və Tərcümə Mərkəzi” adlı nəşriyyatın rəhbərliyini “cihada meylli” insanlarla əlaqəsi olmaqda ittiham edib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT YƏHUDİLƏRİN MƏSCİDİ-ƏQSAYA HÜCUMLARINI PİSLƏYİB

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fanatik yəhudilərin Məscidi-Əqsaya hücumlarını pisləyən bəyanat yayıb. Bəyanatda, bu hücumlar Qüdsdə tarixi və hüquqi status kvonu...

Bağla