28 MAY RESPUBLİKA GÜNÜNÜN ADI MÜSTƏQİLLİK GÜNÜ ELAN EDİLİR

0

Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilir və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA MÜSƏLMAN MƏZARLIĞINI YANDIRMAĞA CƏHD EDİLİB

ABŞ-ın Minesota əyalətindəki bir müsəlman qəbristanlığını yandırmaq cəhdinin qarşısı alınıb. Bu barədə “Minesota Amerika-İslam Münasibətləri Şurası” (CAIR-MN) məlumat yayıb. Məlumatda,...

Bağla