İSTANBULDA “KEÇMİŞDƏN BU GÜNƏ QÜDS” SƏRGİSİ AÇILDI

0

Türkiyənin İstanbul şəhərində “Keçmişdən Bu günə Qüds” adlı foto-şəkil sərgisi açılıb. Kommunikasiya İdarəsi tərəfindən “360 mədəniyyət-incəsənət” layihəsi çərçivəsində təşkil edilən sərgidə Qüdsün tarixi və müasir fotolarına yer verilib.

Üç ilahi dinin müqəddəs şəhəri hesab olunan Qüdsün fotoları, qalareyanın divarlarında video-mapping texnologiyası ilə əks olunur.

Həmçinin Qüds barədə həqiqətlər arxivlərdən də istifadə olunaraq 3 ölçülü holoqram filmlə nümayiş edilir.

Sərgini ziyarət edənlər burada, Qüdsdə yaşanan zülmü daha yaxından hiss edəcəklər.

İstanbul “Marmaray” metrosunun “Yenikapı” stansiyasının foyesində baş tutan sərgi ödəməsiz olaraq iyulun 12-nə qədər həftənin 6 günü səhər saat 11.00-dən axşam 19.00-a kimi açıq olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANDA SƏFƏRDƏDİR

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər...

Bağla