Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülhün dəstəklənməsi və Azərbaycan-ABŞ əlaqələrində ölkəsinin rolundan danışıb.

“Report xəbər verir ki, Fidan bu barədə “CNN Türk” telekanalının canlı efirində qeyd edib.

O, Cənubi Qafqazdakı proseslərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Trampın münasibətlərinin də rol oynadığını bildirib.

Fidan Türkiyə-ABŞ münasibətlərinin müsbət dinamikasının Rusiya-Ukrayna müharibəsinin həll istiqamətində aparılan danışıqlarda, Qəzzada atəşkəsin əldə olunması və Suriya ilə bağlı bölgənin lehinə qərarların verilməsində də özünü göstərdiyini bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qarafuliç və Akgün WUF13 çərçivəsində Azərbaycana dəstəyi müzakirə ediblər

BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç və Türkiyənin səfiri Birol Akgün Azərbaycana dəstək çərçivəsində əməkdaşlığı müzakirə ediblər. "Report" xəbər verir ki,...

Bağla