Qarafuliç və Akgün WUF13 çərçivəsində Azərbaycana dəstəyi müzakirə ediblər

0

BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç və Türkiyənin səfiri Birol Akgün Azərbaycana dəstək çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Səmərəli diskussiyaya görə təşəkkür edirik. Biz Türkiyənin Bakıdakı səfirliyinin və BMT nümayəndəliyinin Azərbaycana dəstək çərçivəsində, o cümlədən WUF13 kontekstində necə birgə işləyə biləcəyini müzakirə etdik”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev: Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı çətin məqamda mahiyyətini nümayiş etdirib

Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri...

Bağla