Şəkidə Heydər Əliyev irsində milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilir

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 4-də Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans təşkil olunub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, konfransda Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Regional konfransın məqsədi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin cəmiyyətin ideoloji əsaslarını təşkil edən Azərbaycançılıq məfkurəsinin inkişafındakı müstəsna xidmətlərinin, bu ideologiyanın dövlətçilik ənənələri və mənəvi dəyərlərin qorunmasındakı rolunun təbliğidir.

Bununla yanaşı, konfransda Azərbaycançılıq ideologiyasının müasir dövrdə üzləşdiyi yeni çağırışlar, qloballaşma prosesləri və informasiya texnologiyalarının inkişafı şəraitində mənəvi irsin qorunaraq gələcək nəsillərə ötürülməsi məsələləri ilə bağlı müzakirələr aparılacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dövlət Komitəsinin sədri Şəkidə dini icmaların nümayəndələri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəkidə "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib. Məscidlərdə yaradılmış şəraitlə...

Bağla