Havada tozun miqdarı normadan artıqdır

0

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Belə ki, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir”, – deyə məlumatda qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə məktəbdə silahlı hücum olub, şübhəli saxlanılıb VİDEO (Yenilənib)

Manisa valiliyi hadisə barədə çıqlama yayıb. Açıqlamaya görə, incident nəticəsində  8 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara...

Bağla