Xəlifə Ömər ibn əl-Xəttabın (r.a) belə bir qaya kitabəsinin tapılması ilk dəfədir.
Səudiyyə Ərəbistanı İrs İdarəsi Mədinənin əl-Mehd (Mədən) bölgəsində Xəlifə əl-Faruq Ömər ibn əl-Xəttabın İslam kitabələrinin və Səmud kitabələrinin tapıldığını açıqladı. Lakin bu kitabələr 2021-ci ildə tapılıb.
Tədqiqatçı-yazar Müfid Yüksel, Xəlifə Ömərə (r.a) məxsus bu qaya kitabəsinin 2021-ci ilin fevral ayında Mədinədə Ustad-Epiqraf Əbu Əbdillah Məhəmməd Əl-Muğazzevi tərəfindən kəşf edildiyini və paylaşıldığını və bu barədə özünün də yazdığını xatırlatdı. Kitabədə deyilir:
“Allah bu dünyada və axirətdə Ömər ibn əl-Xəttabın qoruyucusudur. Allahdan başqa ilah yoxdur.”
Yüksel həmçinin Hz. Ömər ibn əl-Xəttaba (r.a) məxsus belə bir qaya kitabəsi ilə ilk dəfə qarşılaşdıqlarını bildirb.



