Kərküklü din xadimi: Bu gün Azərbaycan çox güclü dövlətdir

0

Hazırda Azərbaycan çox güclü dövlətdir.

Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Kərkükdən gələn azərbaycanlı din xadimi Yəhya Qahtan Mahmud deyib.

Y.Q.Mahmud İraq türkmanı olaraq, işğal dövründə Qarabağda törədilmiş dağıntılar və insanlara verilən işgəncələrin izi ilə tanışlığın onda dərin təəssürat yaratdığını vurğulayıb:

“İşğal dönəmindən sonra azad edilmiş ərazilərdə həyata keçirilən işlər həqiqətən çox möhtəşəmdir. Artıq Şuşada tamamilə fərqli mənzərə yaradılıb. Bunu görmək insanı həyəcanlandırır. Səfərimiz çərçivəsində bu torpaqlar uğrunda canlarını qurban vermiş şəhidlərin məzarlarını da ziyarət etdik. Allah onlara rəhmət eləsin. Gördüklərimizə əsasən deyə bilərəm ki, hazırda Azərbaycan çox güclü dövlətdir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Cevdet Yılmaz: Azərbaycan və Türkiyə İƏT-in diasporasında böyük gücdür

Azərbaycan və Türkiyə İslam Əməkdaşllq Təşkilatının (İƏT) diasporasında böyük gücdür. Bunu Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Ankarada İslam Əməkdaşlıq Təşkilatına...

Bağla