Cevdet Yılmaz: Azərbaycan və Türkiyə İƏT-in diasporasında böyük gücdür

0

Azərbaycan və Türkiyə İslam Əməkdaşllq Təşkilatının (İƏT) diasporasında böyük gücdür.

Bunu Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Ankarada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 1-ci Müsəlman Diaspor Forumunda çıxışından sonra “Report”un yerli bürosuna açıqlamasında bildirib.

C.Yılmaz deyib ki, Azərbaycanın diaspora fəaliyyətini və bu tədbirdə iştirak edən heyətin fəaliyyətini təqdir edir: “Azərbaycanın güclü diasporu olduğunu bilirik. Türkiyənin, eləcə də bir çox digər qardaş ölkələrin də diasporları fəaldır. Bunların hər biri ayrı-ayrılıqda böyük bir gücdür. Lakin onların bir araya gəlməsi ilə daha böyük təsirə və daha güclü nəticələrə nail olmaq mümkündür. Bu baxımdan, əməkdaşlığın belə bir həmrəyliyə və birgə fəaliyyətə vəsilə olmasını arzulayıram”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov İƏT-in yeni Baş katibini Azərbaycana səfərə dəvət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsmayıl uld Şeyx Ahmedi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik...

Bağla