Uşağın doğulmasına görə ödənilən müavinət artırılır

0

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rumıniyadakı...

Bağla