“Mənəvi dəyərlər” həftəsi çərçivəsində Gəncədə ağacəkmə aksiyası keçirilib

0

 “Mənəvi dəyərlər” həftəsi çərçivəsində Gəncə şəhərində yerləşən Ulu Öndər Heydər Əliyev adına parkda Azərbaycan İlahiyyat İnstitutu və Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə ağacəkmə aksiyası təşkil olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı parkın ərazisində əvvəlcədən müəyyənləşdirilmiş sahədə 300-dən çox sərv ağacı əkilib. Əkin işlərindən sonra tinglər suvarılıb, onların sağlam inkişafının təmin edilməsi məqsədilə zəruri aqrotexniki qulluq göstərilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Günəşdə güclü alışma baş verib

Günəşdə çərşənbə axşamı axşam saatlarında gücünə görə ikinci ən yüksək sinifdən əvvəlki M sinfinə aid alışma qeydə alınıb. "Report" "TASS"a...

Bağla