Günəşdə partlayışlar arasında son beş ilin ən uzun fasiləsi müşahidə olunub.
Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası özünün “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, Günəşdə partlayış aktivliyinin azalması noyabrın 20-də günorta saatlarında başlayıb. Yalnız noyabrın 28-də C1.6 sinifli partlayış qeydə alınıb. Bu göstərici Günəşdə aktivliyin zəif olduğunu göstərir.
Məlumata əsasən, Günəşdəki sakitlik dövrü təxminən 171 saat davam edib. 2021-ci ilin sonundan etibarən bu qədər uzun fasilə qeydə alınmayıb.
Qeyd edək ki, 2021-ci il noyabrın 13-dən dekabrın 4-dək davam edən dövrdə də təxminən 500 saat ərzində C və daha yüksək sinifli Günəş partlayışları müşahidə edilməmişdi.
Başlığı daha dəqiq ifadə etMətndə terminləri eyniləşdirSon cümləni daha yığcam yaz



