Yakup Erikel: Azərbaycanın mediasiya modeli Türk dünyasında tətbiq olunur

0

Azərbaycanın mediasiya mərkəzlərinin qurulması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətlər Türk dövlətləri üçün əsas istinad nöqtəsi kimi dəyərləndirilib.

Bu fikrləri “Report”un Türkiyə bürosuna açıqlamasında Türk Dünyası Mediatorlar Birliyinin (TDMB) İdarə Heyətinin sədri Yakup Erikel bildirib.

Onun sözlərinə görə, Birliyin təsis edilməsi prosesində Azərbaycanın Mediasiya Şurası mühüm rol oynayıb və ölkənin tətbiq etdiyi mediasiya mərkəzləri modeli digər dövlətlərə də tövsiyə olunur.

Qeyd edilib ki, Azərbaycanın bu sahədəki təcrübəsi artıq Qırğızıstan və Özbəkistanda praktiki müstəvidə tətbiq edilməyə başlanılıb.

Erikel həmçinin TDMB-nin təşkilatlanma mərhələsinin başa çatdığını vurğulayıb. Açıqlamaya əsasən, qurumun baş qərargahı Ankarada yerləşəcək, sədrlik isə hər iki ildən bir rotasiya qaydasında üzv ölkələr arasında dəyişəcək.

Bildirilib ki, əsas hədəflər sırasında Türk dünyası üzrə vahid mediasiya standartlarının müəyyənləşdirilməsi və ortaq təlim proqramlarının icrası dayanır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda “Kollec təhsilində mənəvi dəyərlər və kimlik inşası” mövzusunda konfrans keçiriləcək

Noyabrın 30-da Bakıda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Kollec...

Bağla