Gəncə şəhəri “Cümə” (Şah Abbas) məscidinin təmir-bərpa işlərinə başlanılır.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bununla bağlı hazırlıqlara başlayıb.
Təmir-bərpa işlərinin görülməsi üçün “AED” MMC ilə müqavilə imzalanıb.
Görüləcək işlərə ümumilikdə 1 mln 280 min 586 manat xərclənəcək.
Qeyd edək ki, Şah Abbas məscidi və ya Gəncə “Cümə” məscidi – XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir. /Ölkə.az/



