ABŞ-DA MÜSƏLMAN HƏKİM XƏSTƏLƏRİN YARIM MİLYONDAN ÇOX BORCUNU SİLDİ

0

Amerikada müsəlman həkim xəstələrinin yarım milyon dollardan çox borcunu sildi.

BBC-nin xəbərinə görə ABŞ-ın Arkansas əyalətində  Dr. Omar Atiq, 30 il əvvəl təsis etdiyi xərçəng müalicə mərkəzini bağlamağa qərar verib. Həkim borclu xəstələrin siyahısına baxanda bəzilərinin pandemiya səbəbindən maddi sıxıntı çəkdiyini görüb.

Atiq, əksəriyyəti borcunu ödəməyə gücü çatmayacaq 200 xəstənin 650 min dollarlıq borcunu silib.

Həkim xəstələrinə bu sözlər yazılmış açıqca göndərib:

“Ümidvaram ki, açıqcanı oxuyub özünüzü daha yaxşı hiss edəcəksiniz. Arkansas xərçənh klinikası sizə xidmət etdiyi üçün çox qürurludur. Müxtəlif sığortalar xəstələrin bəzi xərclərini qarşılasa da, bəzi şeylər məsrəfli ola bilir. Təəssüf ki, səhiyyə sistemimiz belə işləyir. Bu klinika siza 30 ildən çox xidmət etdi və bağlanma ərəfəsində sizin bu quruma olan borclarınızı da silməyi qərara alıb. Xeyirli tətillər.” – deyə açıqcada bildirilir.

ABC kanalında “Good Morning Amerika” proqramında iştirak edən Atiq bildirib ki, bu addımı atmaq üçün pandemiya dövründən daha yaxşı bir zaman olmayacağını fikirləşdik.

Qeyd edək ki, Pakistan əslli Omar Atiq, Little Rockda yerləşən Arkansas Tibb universitetində proffessor olaraq fəaliyyətinə davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAŞA GÖRƏ UŞAQLARIN SOSİAL HƏYATI

Uşaqların ətraflarındakı insanlarla sosial münasibətləri mürəkkəb bir  prosesdir. İlk sosiallaşma nümunəsi 2-3 aylıq uşağın öz ana və atasına gösətərdiyi maraqdır....

Bağla