ABŞ-DA MÜSƏLMAN MƏZARLIĞINA QARŞI OLAN BƏLƏDİYYƏ 500 MİN DOLLAR ÖDƏYƏCƏK

0

ABŞ-ın Vircinia əyalətində müsəlman təşkilatın aldığı ərazidə qəbristanlıq salmağına mane olan bələdiyyə 500 min dollar təzminat ödəməyə məhkum edilib.

Məlumata görə, “Bütün Müsəlmanlar Dərnəyi” (AMAA) Stafford şəhərində öz vəsaiti hesabına aldığı ərazidə qəbristanlıqsalmaq istəyib. Stafford bələdiyyəsi isə nizamnamədə qeyri-leqal yollarla dəyişiklik edərək AMAA-nın bu təşəbbüsünün qarşısını alıb.

Problemi həll etməyə çalığan şəhər nəzarət şurası AMAA-nın haqlı olduğuna qərar verib və bələdiyyənin hərəkətini dini ayrı-seçkilik kimi dəyərləndirib.

Tərəflər arasında təmin edilən barışıq nəticəsində, Stafford bələdiyyəsi qəbristanlıq üçün izn sənədi ilə birlikdə islami təşkilata 500 min dollar ödəməyə məhkum edilib.  

Məlumata görə, bələdiyyənin bu işə qarşı çıxmaq üçün qaldırdığı məhkəmə iddiasında AMAA özünü müdafiə etmək üçün 390  min dollardan çox pul xərcləyib.

AMAA-nın rəhbəri Musaddiq Çugtay müsəlmanların öz inanclarına uyğun dəfn edilməsinin vacib olduğunu deyib:

“Bütün dinlərdə olduğu kimi islamda da inanca uyğun dəfn edilmək önəmlidir. Ümidvaram ki, bütün bu çətinliklər arxada qalacaq və dini azadlıqların olduğunu görərək tikintiyə başlaya biləcəyik. Bütün din mənsublarının Stafforda eyniimtiyazlara sahib olmağını arzulayırıq.” – deyə Çugtay bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HADRUTUN İŞĞALDAN AZAD EDILMƏSİNİN İL DÖNÜMÜDÜR

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum...

Bağla