ABŞ-IN MİÇİQAN ƏYALƏTİNDƏ MƏSCİDƏ HÜCUM OLUB

0

ABŞ Miçiqan əyalətinin Detroit şəhərindəki Roçester Hills səmtində yerləşən məscid axşam namazından sonra naməlum şəxsin hücumuna məruz qalıb.

Hücum edən şəxs əlindəki alətlə məscidin qapısını və pəncərələrini vurub sındırıb. Onun görüntüləri məscidin təhlükəsizlik kamerasında əks olunub.

Məscidin əməkdaşı Əhməd Muhamməd, bu hadisənin müsəlman icması, xüsusilə də qadınlar və uşaqlar arasında qorxuya səbəb olduğunu deyib.

“Qorxunc hadisə idi. Çünki qadınlar və uşaqlar da orada idi. Ümumiyyətlə bu məhəllədə özümüzü təhlükəsiz hiss edirik. Amma bu hadisə hamımızı, xüsusilə də uşaqları təşvişə saldı. Artıq məscidə gəlmək istəmirlər.” – deyə məscid əməkdaşı yerli mətbuata bildirib.

Faktla bağlı təhqiqatlar davam edir, hadisənin fərdi yoxsa mütəşəkkil dəstə tərəfindən törədildiyi araşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ RUSİYANIN DİNİ LİDERLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib. "Report"un...

Bağla