AZƏRBAYCAN VƏ RUSİYANIN DİNİ LİDERLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

0

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, görüş Danilovski Manastırında baş tutub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin “Dağlar və bağlar” rəsmini Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib.

Tədbir pandemiyaya görə mətbuat nümayəndələrinin iştirakı olmadan baş tutub.

Xatırladaq ki, bu gün Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİNDİSTANDA YERLİ DİNLƏRİN MƏNSUBLARI MÜSƏLMANLAR ÜÇÜN MƏSCİD TİKDİRİR

Hindistanın Pəncab əyalətindəki Bhalor kəndində yerli dinlərə mənsub sihlər və hindular kənddə yaşayan müsəlmanlar üçün məscid tikdirir. Kənd sakini Sardar...

Bağla