ABŞ NÜMAYƏNDƏLƏR PALATASINDAN İSLAMAFOBİYA XƏBƏRDARLIĞI

0

ABŞ Nümayəndələr palatasının bir qrup demokrat millət vəkili, facebook direktorlar şurasının sədri Mark Sukerbergə məktub yazıb.

İslamveirfan.com xəbər verir ki, 30-a yaxın demokrat millət vəkilinin imzaladığı məktubda, müsəlmanlar əleyhində paylaşımların     silinmə prosesinin yavaş olduğu qeyd edilib. Demokratlar sosial şəbəkə rəhbərliyindən bu problemin aradan qaldırılmasını tələb ediblər.

“Facebook, uşaq pornoqrafiyası və fanatik zorakılıq barədə paylaşımların 99% vaxtında qarşısını almağı ilə fəxr edir. Sosial platform eyni performası müsəlmanların əleyhində və ya etnik yaxud dini qrupu hədəfə götürən paylaşımlarda da göstərməlidir.” – deyə demokratların məktubunda qeyd edilib.

Məktubda həmçinin vurğulanıb ki,facebook-un həmin paylaşımlarla vaxtında mübarizə aparmağı bacarmaması nəticəsində müsəlmanların əleyhində olan pis niyyətli insanların bu platformdan sui-istifadə etməsinə səbəb olur.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CÜMƏ GÜNÜ İLƏ ƏLAQƏLİ HƏDİSLƏR

Möminlərin bayram günü olan cümə, günlərin ən xeyirlisi və ən şərəflisidir. Cümə günü qılınan namazların, edilən duaların möminlər üçün ayrı...

Bağla