ADEX 2026-da Azərbaycanın yeni istehsal etdiyi avtomat silahı nümayiş etdirilib

0

Azərbaycanın yeni istehsal etdiyi avtomat silahı ADEX 2026-da nümayiş etdirilib.

“Report” xəbər verir ki, AZ-4 adlanan yeni avtomat NATO standartlarına uyğun olar istehsal edilib.

5.56×45 mm tipli avtomot digərlərindən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Silahın ümumi uzunluğu təxminən 70 santimetr, boş maqazinlə çəkisi isə 3 kiloqram civarındadır.

Avtomatın ön və arxa nişangahları qatlanan konstruksiyaya malikdir.

Bu tip silahların effektiv atış məsafəsi modeldən asılı olaraq təxminən 450–500 metr təşkil edir. Bununla belə, mərmi daha uzaq məsafəyə, o cümlədən 1 kilometrə qədər çata bilər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-ın bir ştatında İslamın iki dini bayram rəsmi tətil elan edildi

ABŞ-ın Kaliforniya ştatında Ramazan və Qurban bayramı "ştat miqyasında rəsmi tətil" kimi tanınıb. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Kaliforniya...

Bağla