“AĞDAM VƏ ŞUŞA MƏSCİDİNDƏN AZAN OXUNMASI ƏDALƏTİN BƏRPASIDIR”

0

“Ən böyük sevinclərdən biri Ərdoğanın ailəsi ilə Şuşaya gəlməsi, Şuşa Bəyannaməsinin imzalanmasıdır. Şuşa Bəyannaməsi göstərir ki, gələcəkdə də iki qardaş arasında dostluq münasibətləri davam edəcək, qələbəmiz daimi olacaq”.

Bunu dini konfessiyaların rəhbərləri ilə birgə Şuşaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri bildirib ki, həm Ağdam, həm də Şuşa məscidindən Azan səsinin gəlməsi ədalətin bərpa olmasıdır: “Şuşaya gələndə gördüm ki, yeni yollar salınır, Şuşa abadlaşdırılır. Bunlara görə, dövlət başçısına, Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm”.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN XADİMLƏRİ ŞUŞADA YUXARI GÖVHƏRAĞA MƏSCİDİNDƏ NAMAZ QILIBLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri davam edir. Səfər iştirakçıları Yuxarı...

Bağla