ALMAN MİLLƏT VƏKİLİ MÜSƏLMANLARDAN ÜZR İSTƏDİ – VİDEO

0

Almaniyanın Vuppertal şəhərindən olan millət vəkili Helqe Lind qeyri-adi paylaşımla müsəlmanları ramazan münasibəti ilə təbrik edib.

Daha əvvəl də müsəlmanlara qarşı səmimi davranışları ilə diqqət mərkəzində olan Helqe Lind təbrikini social şəbəkədə paylaşdığı video-çarxla ifadə edib.

44 yaşlı millət vəkili 2 dəqiqəlik videoda oruc ibadətinin ictimai hikmətlərindən danışır, bu ibadətin kasıbları düşündürdüyün, Hanayda baş vemiş irqçi hücumlar nəticəsində ölənləri xatırlatdığını deyib. Daha sonra Helqe Lind, pandemiya müddətində hədəf halına gətirilmələrinə görə müsəlmanlardan üzr istəyir.

Baş verənlərin onu çox hiddətləndirdiyini deyən millət vəkili, gündəlikhəyatda məruz qaldıqları irqçi münasibətə görə müsəlmanlardan yenidən üzr istəyib.

Lind həmçinin müsəlmanların dəvəti ilə iştirak etdiyi iftar proqramlarına görə, məscidlərə getdiyi zaman gördüyü qonaqpərvərliyə görə müsəlmanlara təşəkkür edib.

Gələcəkdə müsəlmanların bu ölkədə özlərini müdafiə etmədən yaşaya biləcəklərinə ümidvar olduğunu deyən Lind, video müraciətini türkcə və ərəbcə təbrik cümlələri ilə yekunlaşdırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏLİ ERBAŞ TÜRKİYƏDƏN HƏCCƏ GETMƏK ÜÇÜN ŞƏRTLƏRİ AÇIQLADI

“İki dəfə peyvənd vurduranlar və yaşı 18 ilə 60 arasında olanlar bu il Həcc ziyarətinə gedə biləcəklər.” Bu sözləri Türkiyənin...

Bağla