ALMANİYADA REMSCHEİD MƏRKƏZ MƏSCİDİ İBADƏTƏ AÇILDI

0

Almaniya Şimali Ren Vestfalya əyalətinin Remşayd şəhərində Diyanet İşləri Türk-İslam Şurasının təşəbbüsü ilə tikilən məscidin açılışı olub.

Tikintisinə 2014-cü ilin fevral ayında başlanan və 2 min kvadratmetrilk ərazidə tikilən Remşayd Mərkəz məscidində eyni vaxtda 500 nəfər ibadət edə bilər.

Bir minarəsi olan məscid kompleksinin 50 avtomobillik dayanacağı, müasir sinif otaqları və konfrans zalı var.

Məscidin açılışında iştirak edən Diyanet İşləri Türk-İslamŞurasının sədri Kazım Türkmən, müsəlmanların Anadoludan Avropaya gedərkən hər yerdə özlərinə ev almamışdan əvvəl məscid tikdiklərini xatırladıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORDU ŞƏHƏRİNDƏ QURANİ-KƏRİMƏ HÖRMƏTSİZLİK EDİLİB – VİDEO

Türkiyənin Ordu şəhərində yeni açılan stadionda keçirilən ilk futbol qarşılaşmasında qalmaqallı hadisə baş verib. Futbol qarşılaşması davam edərkən azarkeşlər stadiona...

Bağla