ORDU ŞƏHƏRİNDƏ QURANİ-KƏRİMƏ HÖRMƏTSİZLİK EDİLİB – VİDEO

0

Türkiyənin Ordu şəhərində yeni açılan stadionda keçirilən ilk futbol qarşılaşmasında qalmaqallı hadisə baş verib. Futbol qarşılaşması davam edərkən azarkeşlər stadiona konfetti (təntənəli ziyafətlərdə iştirakçıların bir-birinin başına səpdikləri əlvan kağız piləklər) atmağa başlayıblar. Bir müddət sonra bəzi tamaşaçılar atılan kağız parçalarının arasında doğranmış Quran səhifələri aşkarlayıblar və dərhal bu barədə hüquq-mühafizə orqalarına xəbər veriblər. Bundan sonra yerə səpələnən kağızların arasından Quran hissələri toplanıb.

Fakt barədə məlumat yayan Ordu şəhər valiliyi hadisə ilə əlaqəsi olan 4 şübhəlinin saxlanıldığını bildirib.

“İctimaiyyətin diqqətinə! 2021-ci il 23 oktyabr tarixdə yeni Ordu stadionunda keçirilən futbol müsabiqəsinin 52-ci dəqiqəsində azarkeşlərin meydana atdığı konfetti və kağızların arasında Qurani-Kərim səhifələri və Türkiyə bayrağı hissələri aşkarlanaraq hüquq mühafizə orqanlarına xəbər verilmişdir. Aparılan təhqiqat nəticəsində Froza Fidangör azarkeş qrupunun lideri Ş. O. tərəfindən orta məktəb şagirdlərindən istifadə etmədikləri kitabları istədikləri, şagirdlərin bu kitabları C. D. Və Ü. T. adlı şəxslərə verdikləri, onların isə toplanan kitabları B. M. adlı şəxsə verdikləri, həmin şəxsin bu kitabları iki ayrı mətbəədə doğratdırıb konfetti hazırladığı məlum olub. Həmin şəxslər dərhal saxlanılaraq istintaqa təhvil verilib.” – deyə valiliyin açıqlamasında bildirilir.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN PREZİDENTİ GƏLƏN AY TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək"....

Bağla