ALMANİYADA YÜKSƏK SƏSLƏ AZAN OXUNMASINA İCAZƏ VERİLİB

0

Almaniyada müsəlmanların yaşadığı Kölndə müəyyən qaydalar çərçivəsində azan oxunmasına icazə verilib. Bununla bağlı şəhər meri Henrietta Reker açıqlama verib.

Vicdan azadlığına işarə edən Reker bildirib ki, müsəlmanlar şəhərin ayrılmaz bir hissəsidir:

“Şəhərimizdə kilsə zənglərinin yanında azanı eşitmək Kölndə müxtəlifliyə dəyər verildiyini göstərir”.

Kölndə oxunacaq cümə namazı ilə bağlı bəzi qaydalar da müəyyən edilib. Belə ki, azanın müddəti 10 dəqiqəni keçməməli, səsi çox yüksək olmamalıdır.

Qeyd edək ki, Avropada Fransadan sonra ən çox müsəlman Almaniyada yaşayır. Ölkə müsəlmanlarının 76,4 faizi türk mənşəlidir. Bundan başqa, ölkədə İran, Bosniya və Albaniyadan köçən çoxsaylı müsəlman icmaları mövcuddur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“MÜHARİBƏ ELAN EDİRİK” – FRANSADA MƏSCİDƏ TƏHDİD MƏKTUBU YAZILIB

Fransanın Strasburq şəhərində tikintisi davam edən “Eyyub Sultan” məscidinə imzasız təhdid məktubu göndərilib. “Müharibə elanı” başlıqlı məktubda, Fransada İslamın yeri...

Bağla