AMERİKADA MÜSƏLMAN QADIN TƏHQİR EDİLDİ

0

Amerika Birləşmiş Ştatlarında (ABŞ) müsəlman qadının aldığı kofenin üstünə onun adının əvəzinə terror qruplaşmasının adı yazılıb. Hadisə ABŞ-ın Minnesota əyalətinin Sent. Pol şəhərindəki kafelərdən birində baş verib.  

Yerli mətbuatın xəbərinə görə, kafedə içmək üçün kofe alan Aishah adlı müsəlman qadın, kofenin üstündə İŞİD terror qruplaşmasının ingiliscə qarşılığı olan “İSİS” yazıldığını görüb.

Baş verənlərə görə ləyaqətinin alçaldıldığını hiss etdiyini deyən 19 yaşlı zərərçəkən, məruz qaldığı bu hadisəyə görə şok olduğunu vurğulayıb.

Minnesota Amerika İslami Münasibətlər Şurasının (CAIR) sədri Jaylani Hussein, həmin kafe barəsində məhkəmə iddiası qaldıracaqlarını deyib: “Müsəlman cəmiyyətindən olan bir nəfəri terror qruplaşması ilə eyniləşdirmək ayrıseçkilik və islamafobiyadır.”

Hadisə barədə açıqlama verən kafe; baş verənlərin araşdırıldığını, işçinin müsəlman qadının adını yaxşı başa düşmədiyi üçün o cür yazdığını bildirib və üzr istəyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN XADİMLƏRİNƏ YASLARDA VƏ EHSAN SÜFRƏLƏRİNDƏ İŞTİRAK ETMƏMƏK TÖVSİYƏ OLUNUB

“Hələ Nazirlər Kabineti yanında Operativ Qərargah yas mərasimləri ilə bağlı qərar verməmişdən öncə QMİ, bu ilin mart ayının 5-də ölkədə...

Bağla