“Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb

0

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ilkin mərhələsində təyin olunmuş plana uyğun olaraq uçuşlar zamanı təhlükəsizlik qaydaları və qarşıya qoyulan tapşırıqlar çatdırılıb.

Ssenariyə əsasən əvvəlcə şərti düşmənin hava hücumundan müdafiə vasitələri susdurulub.

Hava üstünlüyü əldə edildikdən sonra təyyarələrimiz müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Təlimin birinci günündə qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən uğurla yerinə yetirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MUSTAFA ŞƏNTOP: “AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİRİK”

"Biz Azərbaycan, Gürcüstanın və Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyirik". Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Ankarada Qara...

Bağla