ANKARADA ŞİDDƏTLİ PARTLAYIŞ OLUB – VİDEO

0

Türkiyənin paytaxtı Ankara şəhərində şiddətli partlayış baş verib. Yerli mətbuatın xəbərinə görə hadisə Eskişehir yolundakı Mineral Tədqiqat və Axtarış (MTA) idarəsinə məxsus yaşayış massivində baş verib.

İlkin məlumata görə səhər baş verən partlayışdan sonra hadisə yerində yanğın baş verib. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları yanğına müdaxilə ediblər.

Partlayışın təbii qaz kəmərində baş verdiyi güman edilir.

Faktla bağlı açıqlama verən Ankara valiliyi yanğının söndürüldüyünü, hadisə nəticəsində insan təlafatı və xəsarət alan olmadığını bildirib.

MTA rəhbərliyi  partlayışın təbii qaz kranında baş verdiyini, hadisə nəticəsində insan təlafatı olmadığını qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏLA AĞIZDAN ÇIXAN SÖZƏ BAĞLIDIR

İnsanın başına gələn müsibətlərin bir çoxu dili səbəbilədir. Buna görə də hər kəs agzından çıxan sözünə diqqət etməli və dilini...

Bağla