AVRO-2020: TÜRKİYƏ MİLLİSİ BU GÜN BAKIDA İLK OYUNUNU KEÇİRƏCƏK

0

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək.

Günün ilk matçı B qrupuna təsadüf edəcək. İlk turda meydan sahiblərindən Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi birinci matçda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq. Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu niderlandlı referi Denni Makkeli idarə edəcək. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncudur.

Günün qalan 2 oyunu A qrupunda olacaq. Açılış matçında Romada İtaliyaya 0:3 hesabı iləməğlub olan Türkiyə millisi qrupdakı ikinci görüşünü Bakıda keçirəcək. “Ay-ulduzlular” Bakı Olimpiya Stadionunda Uels yığması ilə üz-üzə gələcək. Britaniyalılar birinci turda bu arenada İsveçrə ilə heç-heçə edib – 1:1. Saat 20:00-da start götürəcək oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. 1 xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.

A qrupunun digər matçında isə turnirin favoritlərindən İtaliya millisi İsveçrə yığmasını qəbul edəcək. Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Hazırda Roberto Mançinin başçılıq etdiyi kollektiv 3 xalla qrupun lideridir.

Avropa çempionatı

A qrupu, II tur

20:00. Türkiyə – Uels

Baş hakim: Artur Diaş (Portuqaliya)

Bakı, Bakı Olimpiya Stadionu

23:00. İtaliya – İsveçrə

Baş hakim: Sergey Karasyov (Rusiya)

Roma, “Olimpiko” stadionu

Xal durumu: İtaliya – 3, İsveçrə – 1, Uels – 1, Türkiyə – 0

B qrupu

17:00. Finlandiya – Rusiya

Baş hakim: Denni Makkeli (Niderland)

Sankt-Peterburq, “Sankt-Peterburq” stadionu

Xal durumu: Belçika – 3, Finlandiya – 3, Danimarka – 0, Rusiya – 0

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: QARABAĞ ƏVVƏLKİ EHTİŞAMINA VƏ ÖZ KİMLİYİNƏ QOVUŞACAQ

"Azərbaycan xalqının Qarabağ Zəfərini bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və...

Bağla