AXİRƏTƏ NİYƏ İNANMALIYIQ?

0

İmanın beşinci şərti axirət gününə inanmaqdır. İnsalar və digər canlıların sonunun olduğu kimi, üstündə yaşadığımız dünyanın da bir gün sonu gələcəkdir. Allahın təqdir etdiyi vaxt gələn zaman İsrafil (ə.s) “sura” üfləyəcək və surdan çıxan çox şiddətli səsin təsiri ilə (Allahın istədikləri xaricində) bütün canlılar öləcək, yer və göyün sistemi pozularaq kainatda yeni bir nizam yaranacaqdır.

Qiyamət hadisəsindən bir müddət keçdikdən sonra Allahın əmri ilə İsrafil (ə.s) “suru” ikinci dəfə üfləyəcək bununla da bütün insanlar yenidən dirilərək Məhşər meydanına toplanacaqdır. Məhşər meydanında her kəs Allahın huzuruna çıxarılaraq dünyada etdiklərindən sorğu-sual olunacaqdır.

Dünyada gizli və ya aşkar işlənən bütün əməllər ortaya çıxacaq, “insan dünyada nə əkibsə axirətdə də onu biçəcək”.  

Peyğambər (s.ə.s) belə buyurur:

“Qiyamət günündə insan dörd şeydən hesaba çəkilmədikcə Allahın huzurundan ayrıla bilməz!

Ömürünü harada keçirdiyindən,

Bədənini harada köhnəltdiyindən,

Malını haradan qazanıb hara xərclədiyindən,

Bildiyi ilə nə qədər əməl etdiyindən.” (Ət-Tərğib vət-Tərhib c.1, s.125.)

Bütün insaların öldükdən sonra yenidən dirilməyinə və ondan sonra davam edəcək sonsuz həyata inanmaq imanın ən önəmli əsaslarından birdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Sudanlı alimlər Makronun İslam Peyğəmbəri (SAV) əleyhində fikirlərinə etitaz ediblər

Sudanın paytaxtı Xartum şəhərində, Fransa prezidenti Makronun İslam Peyğəmbərinin əleyhində səsləndirdiyi fikirlərə qarşı etiraz aksiyası keçirilib. İslamveirfan.com xəbər verir ki,...

Bağla