“Azərbaycan-Pakistan-Türkiyə hərbi əməkdaşlığı dostluq və qardaşlıq üzərində qurulub”

0

“Azərbaycan-Pakistan-Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Nazir Azərbaycan-Pakistan-Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QÜBBƏTUS-SAXRA

Qübbətus-saxra İslam mədəniyyətinin ilk örnəklərindən biridir. Qüds, 637-ci ildə Həzrət Ömər (r.a.) tərəfindən fəth edildikdən sonra tikdirdiyi məscidin üzərinə inşa...

Bağla