Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbçisi şəhid olub, şəhidlərin sayı 79-a çatıb

0

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NAXÇIVANDA ERMƏNİSTAN PUA-SI VURULDU – FOTO

Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib...

Bağla