NAXÇIVANDA ERMƏNİSTAN PUA-SI VURULDU – FOTO

0

Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.

“Sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib”, – Əlahiddə Ümumqoşun Ordudan qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞADA TÜRK BİZNES FORUMU KEÇİRİLİR

Bu gün Şuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilir. Forum Türk Dövlətləri Təşkilatının,...

Bağla