AZƏRBAYCAN TÜRKİYƏ İLƏ TƏDQIQAT-ARAŞDIRMA MƏRKƏZİ YARADIR

0

Azərbaycanda Türkiyə ilə innovasiya və texnologiya sahəsi üzrə birgə müəssisə və tədqiqat-araşdırma mərkəzinin qurulması nəzərdə tutulub.

Bununla bağlı İstanbulda keçirilən IV “Texnofest” festivalı çərçivəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “Baykar Makina” şirkəti arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində memorandum imzalanıb.

Məqsəd innovativ texnoloji məhsul və avadanlıqların istehsalı və ya təkmilləşdirilməsi, sifarişlər əsasında yeni həllərin hazırlanması, həmçinin innovasiya sahəsində tədqiqat və araşdırma işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturun yaradılması, innovasiya məhsullarının ixracı sahəsində birgə layihələrin həyata keçirilməsidır.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSIZ NAZİR: İSLAM ƏSRLƏRDİR QƏRBLƏ ƏLAQƏSİ OLAN BİR MƏDƏNİYYƏTDİR

Fransada ilk dəfə Luvr muzeyinin təşkilatçılığı ilə 20 noyabr – 27 mart tarixləri arasında 18 şəhərdə “İndini başa düşmək üçün...

Bağla