AZƏRBAYCAN VƏ ERMƏNİSTAN LİDERLƏRİNİN DİALOQU HAMI ÜÇÜN NÜMUNƏ OLACAQ”

0

“İnanıram ki, Azərbaycan və Ermənistan dini liderlərinin nüfuzu insanların təfəkkürünə müsbət təsir göstərəcək və təkcə bugünkü görüş və dialoq faktı hamı üçün nümunəvi olacaq”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Moskva və bütün Rusiya Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşünü açarkən bildirib.

Görüş zamanı Patriarx Kirill Azərbaycan və Ermənistan dini liderlərinin Rusiya paytaxtına səfər etməsini yüksək qiymətləndirib.

O, bu görüşün regiondakı çoxsaylı məsələlərin həllinə böyük töhfə verəcəyini qeyd edib.

“Bu gün biz Azərbaycan və Ermənistan xalqlarının cəlb olunduğu çoxillik Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının aradan qaldırılması problemini müzakirə etmək üçün bir araya gəlmişik. Təxminən, 30 ildir biz – dini liderlər bu faciəvi qarşıdurmanı yumşaltmaq üçün çalışırıq. Moskvaya səfər etməyə və danışıqlar masası arxasında oturmağa hazır olduqlarına görə minnətdarlığımı bildirirəm”, – patriarx bidlirib.

Kirill bu görüş zamanı qədim Qafqaz torpağında dayanıqlı və uzunömürlü sülhün əldə olunmasına kömək edəcək anlaşmanın əldə edilməsinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb. Dünən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PEYĞƏMBƏRİMİZİN (ﷺ) MÖVLUDU BOSNİYADA 20 GÜN QEYD EDİLƏCƏK

Bosniya və Hersoqovinanın paytaxtı Saraybosnada İslam peyğəmbəri Hz. Muhammədin (ﷺ) mövludu münasibəti ilə ənənəvi “Salam ya Rəsulullah” tədbiri başlayıb. Bu...

Bağla