PEYĞƏMBƏRİMİZİN (ﷺ) MÖVLUDU BOSNİYADA 20 GÜN QEYD EDİLƏCƏK

0

Bosniya və Hersoqovinanın paytaxtı Saraybosnada İslam peyğəmbəri Hz. Muhammədin (ﷺ) mövludu münasibəti ilə ənənəvi “Salam ya Rəsulullah” tədbiri başlayıb.

Bu il 17-si keçirilən tədbir paytaxtdakı Qazi Hüsrəv Bəy kitabxanasında baş tutur. Tədbirin açılış proqramında çıxış edən Saraybosna İslam Şurası Məclisinin baş imamı Abdulqafar Veliç, Bosniya müsəlmanlarının peyğəmbərin (ﷺ) dünyaya gəldiyi ayı böyük sevinclə qarşıladığını deyib.

Bu çərçivədə 20 gün boyu bəzi şəhərlərdə müxtəlif tədbirlər keçiriləcək.

“Yaxşılıq Et” şüarı ilə keçirilən tədbir çərçivəsində başda Saraybosna olmaqla ölkənin müxtəlif şəhərlərində noyabrın 1-nə qədər ilahi konsertləri, kitab təqdimatları və mövlud tədbirləri baş tutacaq.

bosna.jpg

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-IN MİÇİQAN ƏYALƏTİNDƏ MƏSCİDƏ HÜCUM OLUB

ABŞ Miçiqan əyalətinin Detroit şəhərindəki Roçester Hills səmtində yerləşən məscid axşam namazından sonra naməlum şəxsin hücumuna məruz qalıb. Hücum edən...

Bağla