Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər

0

Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, məqsəd müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsidir.

Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AXİRƏT İNANCI VƏ PSİXİ SAĞLAMLIQ

İnsan hər zaman hardan gəldiyi, harada olduğu və hara getdiyi haqqında düşünür. Bu suallara fərqli cavablar tapır, özünü qane etməyə...

Bağla