AZƏRBAYCAN VƏ RUSİYA DİNİ LİDERLƏRİNİN GÖRÜŞÜ OLACAQ

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Patriarx Kirillə görüşəcəkdir. Moskvada, habelə, dini liderlərin üçtərəfli görüşü gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SURİYADA TÜRK POLİSİNƏ HÜCUM OLUB, ÖLƏN VƏ YARALANANLAR VAR

Suriyanın Azez bölgəsində PKK/PYD terrorçuları Türkiyə polisinə hücum edib. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə...

Bağla