Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalanıb

0

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığı arasında diaspora siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“‘Repirt’un Türkiyə bürosunun məlumatına görə, imzalanan sənədin əsas məqsədi iki ölkənin diaspor məsələləri üzrə əməkdaşlığının qurulmasıdır.

Memoranduma əsasən, Azərbaycan və Türkiyə diaspor ilə bağlı məsələlər üzrə ikitərəfli əməkdaşlıq üzrə qarşılıqlı əlaqələrin yaradılması yönündə səyləri artıracaq, məlumat və təcrübə mübadiləsi vasitəsilə əməkdaşlıq edəcək.

Tərəflər həmçinin bu əməkdaşlıq çərçivəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini, birgə proqramların təşkilini, eləcə də mövzu ilə bağlı görüş və ya konfransların müvafiq formatda keçirilməsini təmin edəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri vəhdət namazı qılıblar

Bakıda səfərdə olan Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Heydər məscidində vəhdət namazı qılıblar. Ziyarət zamanı əvvəlcə...

Bağla