Azərbaycan və Türkiyə məlumatlarının hazırlanmasını müzakirə edib

0

Azərbaycan və Türkiyə yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanmasını müzakirə edib

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Azərbaycan HDQ-nin qərargahında keçirilən görüş zamanı yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Türkiyə nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan HDQ-nin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə hidroqrafik məlumatların toplanması və emalı, S-101 ENC xəritələrinin hazırlanması, eləcə də S-100 çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər.

Tərəflər bu cür görüşlərin Azərbaycan və Türkiyə arasındakı mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə, iki ölkə arasında hidroqrafiya, naviqasiya və okeanoqrafiya sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ramin Məmmədov BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) 11-ci Qlobal Forumunda iştirak edəcək. Tədbir dekabrın...

Bağla