AZƏRBAYCAN VƏ TÜRKİYƏ MÜDAFİƏ NAZİRLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

0

Martın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov cənab H.Akarı 70-illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Türkiyə Silahlı Qüvvələrinin inkişafı naminə fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Tərəflər regional təhlükəsizlik, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİD VƏ ZİYARƏTGAHLARA DİNİ RƏHBƏRLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏYİN EDƏCƏK

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi...

Bağla