AZƏRBAYCAN VƏ TÜRKİYƏ VƏTƏN MÜHARİBƏSİ BARƏDƏ BİRGƏ FİLM ÇƏKƏCƏK

0

“Qəhrəman əsgərlərimizin savaşını kino ilə daha təsirli səviyyədə göstərmək istiqamətində fəaliyyətə başlamışıq. Belə keyfiyyətli filmlərə ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və şirkətlərlə birgə layihələrə başlamağı istəyirik”.

Bunu Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

“Azərbaycan Türkiyənin bu sahədəki təcrübəsini öyrənəcək və ondan istifadə edəcək”, – nazir bildirib.

A.Kərimov işğaldan azad olunmuş ərazilərin yenidən inşa ediləcəyini bildirib: “Biz bunu qardaş Türkiyə ilə birgə etmək istəyirik. Bərpa işlərində də türk qardaşlarımızla birgə çalışmaq istəyirik. Bu çərçivədə Mədəniyyət Nazirliyi və TİKA ilə razılaşmamız var. Türk qardaşlarımızın təcrübələrindən faydalanmaq istəyirik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANI BÜTÜN BEYNƏLXALQ PLATFORMLARDA DƏSTƏKLƏYƏCƏYİK”

Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu  arasında görüş olub. Bu barədə Türkiyənin...

Bağla