AZƏRBAYCANDA RAMAZAN AYININ BAŞLAMA VAXTI AÇIQLANIB

0

Aprelin 2-si Ramazan ayının ilk günüdür.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.

“Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir” – o qeyd edib.

QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.

“Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır” – o bildirib.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dini konfessiya rəhbərləri, 31 Mart – soyqırımı günü ilə bağlı  müraciət hazırlayıb

Azərbaycandakı dini konfessiya rəhbərləri, 31 Mart – Azərbaycanlıların  soyqırımın günü ərəfəsində dünya ictimaiyyəti, dini liderlər, parlamentlər və beynəlxalq təşkilatlara müraciət...

Bağla