Azərbaycanda yağıntılı hava müşahidə edilir

0

Azərbaycan ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 26-sı saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək və Şərurda 5, Beyləqan, Xaçmaz, Goranboy və Zərdabda 4, Quba, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Naftalan, Tovuz, Şəki, Oğuz, Şamaxı, Yevlax, Ağstafa, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Zaqatala, Qəbələ, Qobustan, Şahdağ, Balakən, Qax, Qusar, Şirvan, Mingəçevir, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 3 mm-dir.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Sarıbaş (Qax), Şəki, Oğuz, Qəbələ, Qobustan, Şamaxı, Quba, Qusar, Tərtər, Göyçay, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN rəhbəri: Bölgəmizdəki sülh və sabitlik üçün məsuliyyəti öz üzərimizə götürürük

Prezidentimizin güclü və qətiyyətli rəhbərliyi altında Türkiyə səsi eşidilən, təsiri hiss edilən və güc balansına təsir edən bir aktyor mövqeyinə...

Bağla