AZƏRBAYCANDAN HƏCCƏ GETMƏK İSTƏYƏNLƏRİN SAYI 150-Nİ KEÇİB (ÖZƏL)

0
Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun başlanmasının ikinci həftəsində 150-dən artıq insan müraciət edib.
Bu barədəQafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Qeyd olunub ki, hazırda sənəd qəbulu davam edir. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.
Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyənlər bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.
DQİDK-nin nümayəndələri əsgərlərlə görüşüb
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüb.
Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və “Şəhadət” filminin nümayişi olub.
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PARİSDƏ YÜZLƏRLƏ İNSAN ƏLCƏZAİR PREZİDENTİNƏ QARŞI KÜÇƏLƏRƏ ÇIXIB

Parisdə bu gün səhər yüzlərlə insan Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın yenidən namizədliyini irəli sürməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Respublika...

Bağla