“AZƏRBAYCANIN MÜKƏMMƏL MULTIKULTURALIZM MODELI VAR”

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi, missiya rəhbəri pastor Vestley Edmendson ilə görüşüb. Görüşdə Səyavuş Heydərov xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri, bu dəyərlərin qorunub saxlanılması və təşviqi istiqamətdə aparılan nümunəvi din siyasəti barədə danışıb.

Sədr müavini qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb.

Ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirən pastor Vestley Edmendson Azərbaycanın multikulturalizm modelinin mükəmməl olduğunu qeyd edib və respublikada multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDAN HƏCCƏ GETMƏK İSTƏYƏNLƏRİN SAYI 150-Nİ KEÇİB (ÖZƏL)

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun başlanmasının ikinci həftəsində 150-dən artıq insan müraciət edib. Bu barədəQafqaz Müsəlmanları İdarəsindən (QMİ)...

Bağla