Azərbaycanın Türkiyə ilə daha çox əməkdaşlıq etdiyi sahələr açıqlanıb

0

Azərbaycan ilə Türkiyə arasında enerji, tikinti və infrastruktur, kənd təsərrüfatı və qida sənayesi, səhiyyə və turizm, həmçinin informasiya texnologiyaları və müdafiə sənayesi kimi sahələrdə əlaqələr ön plana çıxır.

“Report xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” Forumunda bildirib.

O qeyd edib ki, ötən ilin dekabr ayında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Bakıda keçirilən Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyasının 12-ci iclası çərçivəsində bütün bu istiqamətlər ətraflı şəkildə yenidən müzakirə olunub və hər iki ölkənin iş adamlarına tam dəstək göstəriləcəyi bir daha təsdiqlənib: “Hədəfimiz qarşılıqlı ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaqdır. Bu məqsədə nail olmaq – birgə istehsal etmək, inkişaf etmək və qardaş xalqlarımızı daha firavan gələcəyə aparmaq üçün yeni dövrdə də fəaliyyətimizi davam etdirəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu gündən yağıntı kəsiləcək, temperatur yüksələcək

Ölkə ərazisində müşahidə olunan yağıntı fevralın 11-i axşamdan tədricən kəsiləcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki,...

Bağla