AZƏRBAYCANLI MÜFƏSSİR: XƏTİB TƏBRİZİ

0

Müfəssirin əsl adı Əbu Zəkəriyya ibn Əli ibn Muhəmməd əş-Şeybanidir. 1030-cu (hicri 421) ildə Təbrizdə dünyaya gəlmişdir. Yaqut əl-Həməvi və İbn Qifti atasının natiq olduğunu iddia edərək, onu İbnu’l-Xətib adlandırsalar da, mənbələrin çoxu onun təxəllüsünü Xətib olaraq qeyd edir. İbtidai təhsilini aldıqdan sonra təhsilini Təbrizə yaxın şəhərlərdə davam etdirmişdir. Bağdadda Əbülqasim ər-Rəkki, Həsən b. Məhəmməd İbnu’d-Dəhhan, Fəzl b. Məhəmməd əl-Kəsabani və Əbdülqahir əl-Cürcani kimi alimlərdən dərs almışdır. Daha sonra Bağdad və Bəsrəyə gedən Təbrizi hicri 456 (1064)-ci ildə Şama gedərək Xətib əl-Bağdadidən dərs almışdır. Surda Süleym b. Əyyub ər-Razidən hədis dinləmişdir. Dövrün demək olar ki, bütün mühüm elm mərkəzlərini gəzən Təbrizi Əhməd b. Əli İbn Berhan əl-Bağdadi, Əli b. Muhassin et-Tənuhi, Hilal b. Mühəssin əs-Səbi, Əbu’l-Qasim əs-Seyyari, Əbu’t-Tayyib ət-Təbəri, Əbu Bəkr əl-Allaf kimi alimlərdən də faydalanmışdır. O, ərəb lüğəti və qrammatikası ilə ərəb ədəbiyyatı sahəsində geniş biliyə malik alimlərdən biridir. Xətib Təbrizi bu sahələrdə əsərlər yazarkən Nizamiyə mədrəsəsində ədəbiyyat və dil dərsləri vermiş, eyni zamanda bu yerin kitabxanasında müvəkkil vəzifəsində çalışmışdır. Onun yetişdirdiyi tələbələr arasında İbnul-Əşkar əl-Bağdadi, Əbu’l-Həsən ibn ət-Tilmiz, Əbu’s-Saadat İbnu’ş-Şəcəri, Əbu Bəkr İbnu’l-Ərabi, İbn Nasır es-Səlami, Əbu Tahir es-Siləfi kimi alimlər var. Təbrizi 28 Cemaziyelahir 502 (2 fevral 1109) tarixində Bağdadda vəfat etmiş və Babuebrez qəbiristanlığında dəfn edilmişdir.

            Xətib əl-Bağdadi təfsir başda olmaq üzrə bir çox sahədə əsər yazmışdır. Onun qələmə aldığı əsərlərə misal olaraq aşağıdakıları göstərmək olar:

  1. əl-Mulahhas fi irabi`l-Quran– Yalnız II cildi dövrümüzə qədər gəlib çatmışdır (nşr. Muhammed Abdülmecid et-Tawil, MMMA, XLIII/1 [Qahirə 1420/1999], s. 7-49; nşr. Fatimə Rəşid er-Râcihî, Küveyt 2001, Yûs surəsi arasında).
  2. Təhẕîbu ihlâhi’l-məntiq- Bu əsər İbn Sikkitin sözlərin yanlış istifadəsi ilə bağlı işinə dair yazılan ən önəmli araşdırmalardan biridir. Məhəmməd Şakir və Əbdüssalam Məhəmməd Harun (Qahirə 1970), Fəxrəddin Qəbavə (Beyrut 1403/1983) və Fevzi Əbdüləziz Məsud (I-II, Qahirə 1986-1987) tərəfindən nəşr edilmişdir. İbn Həşşab bu araşdırma üçün tənqid yazmışdır.
  3. Şərhu’l-Lüma’ fi’n-nəhv- İbn Cinni (nşr. Seyyid Təki Əbdüsseyyid, Mənsur 1411/1991) əsərinin şərhidir.
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə Şuşa Bəyannaməsinə həsr olunmuş tədbir təşkil edilib

Türkiyənin paytaxtı Ankarada "Şuşa Bəyannaməsi ilə qardaşlıqdan müttəfiqliyə gedən yol” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən...

Bağla